BDU-nun kimya fakültəsində birinci kurs tələbələri ilə virtual görüş

Bakı Dövlət Universitetində (BDU) kimya fakültəsinə qəbul olunan birinci kurs tələbələri ilə onlayn görüş kecirilib. Görüşdə fakültənin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

 

Fakültə dekanı, professor Abdulsəyid Əzizov tələbə adını qazanmış gəncləri təbrik edərək fakültə haqqında onlara ətraflı məlumat verib. Bildirib ki, BDU-da keyfiyyətli təhsil üçün müasir infrastruktur mövcuddur və tədris prosesində müasir kommunikasiya texnologiyalarının verdiyi imkanlardan geniş istifadə olunur.

 

Görüşdə iştirak edən dekan müavinləri Fuad Kərimli, Taleh Qəhrəmanov, professorlar Teymur İlyaslı, Namiq Şıxəliyev onlayn və ya ənənəvi formada təşkilindən asılı olmayaraq hər bir tələbəyə onlar üçün yaradılan şəraitdən maksimum faydalanmağı tövsiyə ediblər.

 

Microsoft Teams platforması üzərindən keçirilən görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

 



02.11.2020 | 17:18