Geologiya və Geofizika İnstitutunun magistrantları çöl tədqiqatları aparıblar

Azərbaycan Milli Elmlər Akademiyasının  Geologiya və Geofizika İnstitutunun magistraturasında Geologiya və Geologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir neçə II kurs magistrantı dissertasiya işlərinin yerinə yetirilməsində böyük əhəmiyyət kəsb edən çöl-tədqiqat işlərində iştirak ediblər.

 

Palçıq vulkanizmi, Geotektonika və regional geologiya şöbələrinin magistrantları çöl ekspedisiya işlərini Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, İsmayıllı, Oğuz və Qəbələ rayonlarında aparıblar. Bu işlərə geologiya-mineralogiya elmlər namizədi Əşrəf Qurbanov və yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov  rəhbərlik edib.

 

Tədqiqatlar zamanı sözügedən ərazilərdən nümunələr götürülüb. Magistrlər həmin ərazilərin geologiyası və aparılan tədqiqatlarla yaxından tanış olublar.

 

Bildirək ki, çöl ekspedisiya işlərinin aparılmasında əsas məqsəd həmin ərazilərdən götürülən nümunələrin müvafiq laboratoriyalarda müqayisəli şəkildə öyrənilməsidir.  Sonda bu nümunələrin nəticələri analiz olunaraq dissertasiya işində öz əksini tapacaq.

 

 



04.11.2020 | 15:30