UNEC-də yenilik: Virtual dekanlıq

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) virtual dekanlıq yaradılıb.

 

Universitetdən bildirilib ki, distant tədris zamanı tələbələrlə əlaqə və fakültədaxili kommunikasiyanın təmin edilməsi məqsədilə yaradılan virtual dekanlığın fəaliyyəti “Facebook”, “WhatsApp”, ZOOM və “Gmail” üzərindən aparılacaq.

 

Fakültələr, katibliklər, müvafiq idarəetmə strukturlarının təmsil olunduqları Virtual dekanlıqda tələbələrin müraciətləri operativ cavablandırılacaq, eləcə də tədrislə bağlı yeniliklər və məlumatlar paylaşılacaq. Yaradılan virtual platformada universitet idarəetməsinin fəaliyyətində də operativlik təmin ediləcək.

 

Virtual platformaya UNEC-in Zaqatala filialı da qoşulacaq.

 



05.11.2020 | 11:00