Elmi müəs­si­sə­lə­ri­n işğaldan qurtarılan ərazilərə dair priori­tet­lə­ri müza­kirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) El­mi şurasının növbəti onlayn iclası keçirilib.

 

Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, elmi müəssisələrin rəh­­bər­ləri, elmi katibləri,  həmkarlar təşkilatla­rı­nın nü­ma­yəndələri, gənc alim və mütəxəssislər, eləcə də qadınlar və ve­te­ran­lar şuralarının sədr­lə­ri işti­rak ediblər.

 

İclasın gündəliyindəki  ilk məsələ – erməni təcavüzünə məruz qalmış və hazırda işğaldan qurtarılan ərazilərimizlə  əlaqədar FRTEB-in elmi müəs­si­sə­lə­ri­nin təxirə­sa­lın­maz vəzifələri, elmi priori­tet­lə­ri geniş  müza­ki­rə olunub.  

 

Akademik Rasim Əliquliyev qeyd edib ki, adıçəkilən məsələ AMEA-nın Rəyasət He­yə­ti­nin bir neçə gün öncə keçirilən iclasında da xü­su­si diqqət mərkəzində olub. Onun sözlərinə görə, erməni vandalizmi nəticəsində viran qalan yaşayış məntəqələrimizin sənaye infrastrukturunun, kommunikasiya və nəqliyyat xətlərinin, kənd təsərrüfatı, ekologiya, su ehti­yat­la­rı, flora və fauna, eləcə də Qarabağ mədəni mühitinin – tarixi memarlıq və di­ni abidə­lə­rinin, folk­lo­ru­nun və s. bərpa olunması istiqamətində müasir tex­no­­logiyalar əsa­sında  yeni elmi infrastruktur layihələrinin həyata keçirilməsi və burada in­for­ma­si­ya tex­no­lo­gi­ya­larının geniş tətbiq edilməsi, həmçinin Elektron Qarabağ çər­çivəsində müəyyən işlərin gö­rül­mə­si yaxın gələcək üçün FRTEB-in elmi müəssisələri qar­şı­sında duran mühüm vəzifələrdəndir.

 

Elmi şuranın iclasının gündəliyində yer alan növbəti məsələ Bakıda keçiriləcək 73-cü Bey­nəl­xalq Astronavtika Konqre­sin­də Böl­mənin elmi müəssisələrinin iştirakı haqqında olub.

 

 Akademik R.Əliquliyev 1973-cü ildə Ulu öndər Heydər Əliyevin dəstəyi ilə Azər­bay­can­da Beynəlxalq Astronavtika Konqresinin ke­çi­­ril­­məsinin ölkəmizdə kos­mik sənayenin əsasının qoyulması və inkişafı üçün ta­ri­xi nai­liy­yət olduğunu vur­ğu­layıb.

 

İclasda çıxış edən “Azərkosmos” ASC-nin  sədri Rəşad Nəbiyev diqqətə çatdırıb ki, 2019-cu ildə Vaşinqton şəhərində keçirilən Astronavtika Federasiyasının Baş Assam­ble­ya­sın­da Ba­kı şəhəri 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüqu­qu­nu qa­zan­ıb:” 73-cü Beynəlxalq Astronavtika Konqresinə namizəd ev sa­hib­ləri arasında Nyu-Delhi, Rio-de-Janeyro kimi dünya texnologiya sənayesinin qabaqcıl şə­hər­ləri vardı. Doğma Ba­kımızın bu cür mötəbər tədbirə ev sahibliyi etmək hüququnu qazan­ma­sı ölkəmizin kosmik sə­na­ye, innovasiyalar, İKT sahəsində Azərbaycan Respublikasının Pre­zi­­denti İl­ham Əliyevin rəh­bərliyi və uzaqgörən siyasətinə söykənən uğurlarına, onun bey­nəlxalq nüfuzuna verilən mühüm qiy­mətdir”.

 

Elmi şuranın üzvləri ölkəmizdə kosmik tədqiqatlar sahəsində beynəlxalq əmək­daş­lığın perspektivləri, “Azərkosmos” ASC ilə yeni elmi əlaqələrin qurulmasını  müzakirə edib, həmçinin xarici ölkə alim­ləri ilə birgə tədqiqatların aparılması, xüsusilə, bu sahədə gənc kadrların hazırlanması barədə tək­liflərini  irəli sürüblər.

 

İclasda  AMEA-nın Fizika İnsti­tu­tu­nun El­­mi şurasının tərkibində, eləcə də İdarəetmə Sistemləri İnstitutunun struk­tu­runda qismən dəyi­şik­­lik edilməsi, Biofizika İnstitutunda doktorantura və magistratura təh­si­li­nin təşkil edilməsi və digər məsələlər də müzakirə olunub.



05.11.2020 | 12:25