ADNSU-da “UniLab” layihəsi çərçivəsində monitorinq görüşü

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də (ADNSU) iştirakçısı olduğu “UniLab” layihəsi çərçivəsində növbəti onlayn monitorinq görüşü keçirilib.  

 

Görüşdə Milli Erasmus + Ofisinin rəhbəri Pərviz Bağırov, əməkdaşı Zəfər Həsənov və ADNSU-nun əməkdaşları  iştirak ediblər.

 

Universitetdən bildirilib ki, layihənin gedişatının müzakirə olunduğu görüşdə gələcək addımlar müzakirə olunub və layihə ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, ADNSU  Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “UniLab” (“XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım”) layihəsinə yanvarın  1-dən etibarən qoşulub.

 

“UniLab” (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarus və Rusiyada  ali təhsil sektorunun  modernləşməsinə  töhfə verməkdir

 

 



05.11.2020 | 16:36