"Virtual məktəb"də təlimlər

"Virtual məktəb"də qeydiyyatdan keçən müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən platformadan istifadə ilə bağlı ödənişsiz onlayn təlimlər davam etdirilir. Təlimlərin məqsədi müəllimlərin platforma vasitəsi ilə məsafədən tədris aparmaq bacarıqlarını inkişaf etdirmək və onlara dəstək göstərməkdir.

 

Təlimdə iştirak etmək istəyən müəllimlər “Virtual məktəb” (https://virtual.edu.az/)  saytında yerləşdirilmiş sorğu formasını dolduraraq  təlimlərə yazıla bilərlər.

 

 



06.11.2020 | 11:04