ADNSU-da gənclərin pis vərdişlərdən uzaq olması mövzusunda tədbir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniyanın qarşısının alınması mövzusunda tədbir keçirilib.

 

Daxili İşlər, Səhiyyə, Təhsil nazirlikləri və digər aidiyyəti dövlət qurumlarının bu barədə mövcud sağlamlıq layihələrinə uyğun olaraq keçirilən tədbirdə insan sağlamlığı və onun qorunmasından, bunun üçün pis vərdişlərdən uzaq olmanın vacibliyindən bəhs olunub.  

 

Tədbirdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev, fakültə dekanlarının müavinləri, tələbələr və digər şəxslər iştirak edblər.

 

Dosent Ata Babayev çıxış edərək bildirib ki, insan sağlamlığı üçün vacib olan hər şey diqqətdə saxlanılmalı, sağlamlığa dair mövcud normalara əməl edilməlidir.

 

O, ADNSU-da tələbələrin təkcə yaxşı təhsil almalarının yox, həm də sağlamlıqlarının qorunmasına xüsusi önəm verildiyini, bundan irəli gələn tədbirlərin hər zaman diqqətdə saxlanıldığını deyib.

 

 



08.11.2020 | 10:31