Əziz Şuşa, sən azadsan!

Heydər ƏLİYEV, Ümummilli lider

 

Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur

 

Şuşa bütün azərbaycanlılar üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir... Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur.

 

 

İlham ƏLİYEV, Ali Baş Komandan

 

Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim

 

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

 

Əziz Şuşa, sən azadsan!

 

Əziz Şuşa, biz qayıtmışıq!

 

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

 

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

***

 

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!



13.11.2020 | 09:00