Vikipediya təlimlərinin iştirakçılarına sertifikatlar təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst Elektron Resurslarla İş şöbəsi (SER) açıq ensiklopediya olan "Vikipediya"da məqalələrin yerləşdirilməsi ilə bağlı gənclərin maarifləndirilməsi fəaliyyətini davam etdirir.

 

Şöbənin müdiri Reyhan Əhmədovanın verdiyi məlumata görə, mütəxəssis Nuray Tanrıverdiyeva tərəfindən Diaspora könüllülərinə avqust ayından vikipediya üzrə onlayn təlimlər keçirilir.

 

Təlim iştirakçılarından "Loqos" Psixoloji və Nitq İnkişafı Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İB-nin icraçı direktoru Leyla Rəhimova , "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin Sənədlər şöbəsinin rəhbəri Ləman Ağalarova MEK-in direktoru Sevil Zülfüqarova tərəfindən sertifikatla təltif olunublar.

 

Xatırladaq ki, təlimlərdən sonra könüllülər “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində fəaliyyət göstərəcəklər.


 

 



13.11.2020 | 16:14