Kosmik informatika üzrə yüksəkixtisaslı kadrların hazırlanması

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev müəssisənin Elmi şurasının onlayn iclasında Azərbaycanın kosmik sənayesinin formalaşdırılması və inkişafına elmi dəstəyin göstərilməsi məsələsinə toxunub.

 

Akademik ölkəmizdə formalaşan və inkişaf edən kosmik sənaye sahəsinə institut tərəfindən elmi dəstək göstərilməsinin əhəmiyyətindən danışıb, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şöbə rəhbərlərini kosmik tədqiqatların inkişafına töhfə verməyə çağırıb.

 

“İnstitut kosmik tədqiqatlardan kənarda qalmamalıdır”, - deyən akademik qeyd edib ki, yaxın gələcəkdə bu istiqamətdə təkliflər hazırlanmalı və AMEA-nın rəhbərliyinə təqdim olunmalıdır. Bildirib ki, institutun alim və tədqiqatçılarının kosmik sənayenin inkişafına verə biləcəyi töhfələrlə bağlı fəaliyyət planının hazırlanması da qarşıda duran vəzifələrdən biridir.

 

R.Əliquliyev magistratura səviyyəsində kosmik informatika üzrə yüksəkixtisaslı kadrların hazırlanmasının müasir dövrün tələbi olduğunu vurğulayıb, rəhbərlik etdiyi qurumun mütəxəssislərinə bu məsələdə fəal olmağı tövsiyə edib.

 

 



16.11.2020 | 14:19