ADMİU SABAH qrupları “QİTİS – Ustad dərsi” festivalında

Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU)  SABAH qrupları Rusiya Dövlət Teatr Sənəti İnstitutunun (QİTİS) təşkil etdiyi “QİTİS – Ustad dərsi” festivalında iştirak edir.

 

Universitetdən bildirilib ki, 16-20 noyabr tarixlərini əhatə edən festival pandemiya vəziyyəti ilə əlaqədar onlayn rejimdə keçirilir.
Festival çərçivəsində, həmçinin, müəllim və tələbələr üçün aktyor sənəti, səhnə danışığı, teatr tarixi və nəzəriyyəsi üzrə müxtəlif ustad dərsləri aparılır.
Rusiya, Moldova, Özbəkistan, Qazaxıstan və Azərbaycandan teatr mütəxəssislərinin qatıldığı festivalda azərbaycanlı tələbələr U.Şekspirin eyniadlı əsəri əsasında hazırlanmış “Romeo və Cülyetta” plastik tamaşası ilə çıxış edəcəklər. Plastik fars janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Ceyhun Dadaşov, rəqslərin quruluşçusu Nargilə Qəribovadır.

 

ADMİU-nun müəllimi C.Dadaşovun quruluş verdiyi tamaşa 19 noyabr tarixində yerli vaxtla saat 17.00-da nümayiş olunacaq.

 



18.11.2020 | 11:28