BDU-nun rektoru Türkiyə səfiri ilə görüşüb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında onlayn görüş keçirilib.

 

Universitetdən bildirilib ki, səfirlə görüşdə rektor iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və Türkiyə universitetləri ilə BDU arasında qarşılıqlı, faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.

 

E.Babayev Türkiyənin qabaqcıl universitetləri, eləcə də təhsil qurumları ilə keçirilən mühüm görüşlər, əməkdaşlıq, mübadilə proqramları, ikili diplom layihələri haqqında səfirə məlumat verib.

 

Onlayn görüşə görə BDU rəhbərliyinə təşəkkürünü bildirən səfir Erkan Özoral təklifləri müsbət dəyərləndirib, münasibətlərin daha yüksək səviyyəyə çatması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb. "Bir millət, iki dövlət" şüarını rəhbər tutaraq qeyd edib ki, bundan sonra da qardaş ölkə universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcək.

 

Görüş BDU və Türkiyə ali məktəbləri arasında təhsil sahəsində əlaqələrin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi, iki ölkə arasında tələbə mübadiləsi, elmi və digər sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi ilə davam edib.

 

 



20.11.2020 | 14:52