NDU-nun tələbələri rəsm müsabiqəsində fəal iştirak ediblər

Mənəvi Dəyərlərin Təbliği Fondu, Sənətşünaslığın Təbliği İctimai Birliyi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkil etdiyi “Aprel döyüşləri və Samir Kaçayev” adlı rəsm müsabiqəsi təşkil edilib.

 

Naxçıvan Dövlət Universiteti (NDU ) incəsənət fakültəsi tələbələrinin qatıldığı sərgidə vətənpərvərlik ruhunda rəsm əsərləri yer alıb. Ali təhsil ocağının Təsviri incəsənət ixtisası üzrə II kurs tələbələri- Elnur Seyidov, Türkan Əsədova və Rəngkarlıq ixtisası üzrə IV kurs tələbəsi Sunay Nadirov müsabiqədə fəal iştirak ediblər.

 

“Aprel döyüşləri və Samir Kaçayev” sərgisində həvəsləndirici yerləri tutan tələbələr diplom və pul mükafatı ilə təltif olunublar.



21.11.2020 | 10:37