BDU ilə Nişantaşı Universiteti arasında əməkdaşlıq memorandumu

Türkiyənin Nişantaşı Universitetinin rektoru, professor Şenay Yalçın və rektorun müşaviri Sibel Baykut Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevlə görüşüb.

 

Universitetdən bildirilib ki, E.Babayev son illər ölkəmizdə təhsilin və elmin inkişafından, o cümlədən BDU-nun fəaliyyəti, onun beynəlxalq əlaqələri, türkdilli ölkələrin universitetləri ilə əməkdaşlığından bəhs edib.

 

Professor Şenay Yalçın ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib. Təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək, görüşün elm, texnologiyalar, təhsil sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

 

Görüşdə BDU ilə Nişantaşı Universiteti arasında qarşılıqlı elm-təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Türk dünyası universitetlərinin əməkdaşlığının perspektivləri müzakirə olunub.

 

Sonda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

 



21.11.2020 | 09:04