Botanika İnstitutunun gənc mütəxəssisi beynəlxalq vebinarda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən təşkil olunan "İslam dünyasında əlverişli biosimulyar və yeni bitki mənşəli dərmanların istehsal imkanları” adlı vebinarda iştirak edib.

 

Vebinarın məruzəçisi, Dünya Elmlər Akademiyasının tədqiqatçısı, Prof. Dr. Ahmed Abdullah Azad öz çıxışında İslam ölkələrinin əməkdaşlıq edə biləcəyi çox perspektivli sahələrə (dərman kəşfi və təkmilləşdirilməsi) nəzər salıb və geniş istifadə olunan generik (yeni aşağı molekul kütləvi dərman vasitələrinin dəqiq sintetik nüsxələri) dərman vasitələri haqda geniş məlumat verib.

 

Məruzəçi həmçinin, İslam İnkişaf Bankı tərəfindən dəstəklənən COMSTECH-in İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə dünya səviyyəli biomolekulyar tədqiqatların aparılmasına dəstək verə biləcəyini qeyd edib. Vebinarın sonunda AMEA Botanika İnstitutunun elmi işçisi Aydan Zeynalova COMSTECH-in ümumi koordinatoru, Prof. Dr. M. İqbal Choudhary tərəfindən sertifikata layiq görülüb.

 



24.11.2020 | 11:37