“Şuşa Azərbaycanın musiqi qalasıdır” kitabı çapa hazırlanır

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm“ nəşriyyatı erməni işğalından azad olunan, mədəniyyət beşiyi Qarabağ, Şuşa haqqında maraqlı və əhəmiyyətli, olduqca sanballı nəşrlər həyata keçirir.

 

Bu istiqamətdə “Elm” nəşriyyatında akademik Zemfira Səfərovanın Şuşanın 270 illiyinə həsr edilən “Şuşa Azərbaycanın musiqi qalasıdır” adlı kitabı çapa hazırlanır.

 

Nəşriyyatdan bildirilib ki, kitabın birinci hissəsi XIX-XX əsrlərin görkəmli alim, rəssam və musiqişünası M.M.Nəvvab və onun musiqi haqqında önəmli risaləsi- “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) haqqındadır.

 

Kitabın ikinci hissəsi “Şərq musiqisinin peyğəmbəri” adlandırılan böyük ustad-xanəndə şuşalı Cabbar Qaryağdıoğlunun həyatı və yaradıcılığına həsr edilib.

 

Əsərdə Qarabağın, Şuşa şəhərinin Azərbaycan musiqisinin beşiyi olması vurğulanır, hər iki ustadın Azərbaycan mədəniyyətinin inkişafında müstəsna rolu göstərilir. Kitabda bir çox musiqiçi, xanəndə və sazəndələr, görkəmli bəstəkarlar, şairlərin vətəni olan Qarabağın, Şuşanın mənəvi həyatının ümumi mənzərəsinin təsviri verilir.

 

    

 



26.11.2020 | 11:01