Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda Elmi Şuranın növbəti online iclası keçirilib.

 

İnstitutun direktoru, akademik Validə Əlizadənin rəhbərliyi ilə keçirilən iclasda  şöbə və laboratoriyaların illik hesabatları dinlənilib.

   

Məruzəçilər aparılan elmi tədqiqat işlərinin nəticələri, onların elmi və praktiki əhəmiyyəti, beynəlxalq indeksli jurnallarda öz əksini tapan məqalələr barədə məlumat veriblər.

 

Həmçinin, beynəlxalq elmi əlaqələr və layihələr, müvafiq elektron məlumat bazaları, ekspedisiyalar, əməkdaşların nəşriyyat fəaliyyəti və onların əsərlərinə olan istinadlar, beynəlxalq səviyyəli elmi müşavirələrdə iştirak edilməsi haqqında məlumatlar Elmi Şura üzvlərinin diqqətinə çatdırılıb.

 

Ali bitkilərin sistematikası və coğrafiyası laboratoriyasının müdiri Rəşad Səlimov,  Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri Ş.C.Muxtarova, Herbari şöbəsinin müdiri Pərvanə Qaraxani, Bitki ehtiyatları şöbəsinin müdiri Eldar Novruzov, Etnobotanika laboratoriyasının müdiri Səyyarə İbadullayevanın hesabat təqdimatları dinlənilib. Məruzələr ətrafında yaranan suallar cavablandırılıb və geniş müzakirələr aparılıb.

   

Sonda hesabatlar yekdilliklə qəbul edilib.

 



30.11.2020 | 13:21