BDU-da tələbələrin yazıçı Elxan Elatlı ilə görüşü

Bakı Dövlət Universitetində (BDU) yazıçı Elxan Elatlı ilə tələbələrin görüşü keçirilib.

 

Universitetin mexanika-riyaziyyat fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə baş tutan görüş onlayn təşkil olunub.

 

THİK sədri Hacıbaba Mustafayev yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. Onun əsərləri və Azərbaycan ədəbiyyatında dedektiv janrda yazılmış müasir ədəbi nümunələrdən bəhs edərək belə görüşlərin keçirilməsini vacib sayıb.  

 

Daha sonra çıxış edən yazıçı Elxan Elatlı tələbələrlə görüşdə iştirak etməkdən məmnunluğunu bildirib. O, ali məktəbdə təhsil aldığı müddətdə qazandığı uğurlardan bəhs edib, həmçinin xatirələrini tələbələrlə bölüşüb. Tələbə-gənclərə tövsiyələr verən yazıçı onları bədii ədəbiyyat oxumağa dəvət edib.

 

Görüşdə BDU-nun mexanika-riyaziyyat, jurnalistika, biologiya, filologiya, kimya və şərqşünaslıq fakültələrinin tələbələri iştirak ediblər.

 

Görüş tələbələrin suallarının cavablandırılması  və yazıçının əsərlərinin müzakirəsi ilə başa çatıb.

 

 



01.12.2020 | 13:20