2021-2022-ci tədris ilində Macarıstanda təqaüd proqramı barədə onlayn vebinar keçiriləcək

4 dekabr saat 16:00-da 2021-2022-ci tədris ilində Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Macarıstanda təqaüd proqramına həsr olunmuş onlayn vebinar keçiriləcək.

 

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları və Macarıstanın Azərbaycandakı səfirliyinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə keçiriləcək vebinarı Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı izləyə bilərsiniz.

 

Qeyd edək ki, 23 noyabr 2020-ci il tarixində sözügedən təqaüd proqramına sənəd qəbulu ilə bağlı müvafiq elan verilib.

 

 



01.12.2020 | 14:46