BDU tələbələri “Coğrafi imla” beynəlxalq aksiyasında

Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakültəsinin ll kurs tələbələri  Rusiya Coğrafiya Cəmiyyətinin (RCC) təşkil etdiyi altıncı “Coğrafi imla” beynəlxalq aksiyasında iştirak ediblər.

 

BDU-dan bildirilib ki, tədbirdə yaşından, təhsilindən, sosial mənsubiyyətindən, dini etiqadından və vətəndaşlığından asılı olmayaraq qeydiyyatdan keçən, rus dilini bilən və aksiyaya qoşulmaq istəyən 108 ölkədən 6446 nəfər iştirak edib.

 

Mürəkkəblik dərəcəsi müxtəlif olan  30 tapşırıqdan ibarət imla coğrafi anlayışlar və terminlər, əsas coğrafi qanunauyğunluqlar, coğrafi obyektlərin xəritədə yerləşməsi barədə biliklər və bu bilikləri praktikada tətbiq etmək bacarığının yoxlanılması məqsədilə keçirilib.

 

Distant formada keçirilən aksiya  Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin koordinatorluğu ilə baş tutub.

 

Aksiyanın nəticələri 15 yanvar 2021-ci ildə diktant.rgo.ru saytında yayımlanacaq.

 

Əlavə olaraq bildirək ki, onlayn aksiyada iştirak müddəti dictant.rgo.ru veb saytında  06 dekabr tarixinədək uzadılıb.

 



01.12.2020 | 16:55