UNEC alimləri Ermənistan ordusunun məhv edilmiş hərbi texnikasının məbləğini hesablayıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri Vətən müharibəsində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının məbləğini hesablayıb.

 

UNEC-dən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikalarının adlarını və sayını açıqlayıb, həmçinin mütəxəssislərə qiymətin hesablanması ilə bağlı müraciət edib.

 

UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun alimləri Prezidentin müraciətinə operativ reaksiya verərək, sadalanan hərbi texnikaların qiymətini hesablayıb. Alimlərin əldə etdiyi nəticəyə əsasən, Vətən müharibəsində Ermənistan ordusununun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının dəyəri 4 milyard 8 milyon ABŞ dolları təşkil edib.

 

 

 



02.12.2020 | 15:23