ADAU-ya BP şirkətinin dəstəyi ilə nəşr olunmuş kitablar hədiyyə edilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) kitabxana şəbəkəsinin genişləndirilməsi, yeni tədris korpusunda kitabxananın istifadəyə verilməsi, kitab bazasının zənginləşdirilməsi əsas vəzifələrdən biri kimi müəyyən edilməklə, bu istiqamətdə xeyli işlər görülüb, əməkdaşlıq əlaqələri gücləndirilib.

 

Universitetdən bildirilib ki, son illərdə kitabxana fonduna hədiyyə olunan nəşrlərin sayı artıb. BP şirkətinin dəstəyi ilə TEAS-Press Nəşriyyatı evi tərəfindən nəşr olunmuş “İnsan resurslarının idarə edilməsi”, “Əməliyyatların idarə edilməsi” və “Sosial işdə etik prinsiplər” adlı kitablar ali məktəbə hədiyyə edilib.

 

Kitablar dünyada məşhur olan “Pearson” nəşriyyatının orjinalı əsasında TEAS-Press Nəşriyyatı evi tərəfindən Azərbaycan dilinə tərcümə edilib.

 

Professor-müəllim heyəti, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr nəşrlərlə əsaslı kitabxanada, yeni tədris korpusunun kitabxanasında, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə fakültələrinin sərbəst kompyuter otaqlarında tanış ola biləcəklər.

 

 



03.12.2020 | 13:20