Rusiyada vaksinasiya başlayır

Rusiya prezidenti Vladimir Putinin tapşırığına əsasən, gələn həftədən ölkədə koronavirus əleyhinə vaksinasiya (peyvəndləmə) başlayacaq. İlk peyvəndi müəllimlər və həkimlər alacaq. V.Putinin sözlərinə görə, müəllimlər və həkimlər ilk 2 risk qrupuna daxildir. 

 

Dövlət başçısı bildirib ki, artıq COVID-19 əleyhinə,  təxminən 2 milyon peyvənd dozası hazırlanıb. Bu, vətəndaşların bazar ertəsindən peyvənd olunmasına  imkan verəcək.

 

Maarif naziri Sergey Kravtsov isə öz növbəsində qeyd edib ki, müəllimlərin peyvənd prosesi yalnız könüllü xarakter daşımalıdır. Bununla yanaşı hesab edir ki, vaksin alınması sağlamlığın qorunması üçün vacib bir tədbirdir. Onun köməyi ilə təhsil sistemi məktəblərdə ənənəvi tədris formatını saxlaya biləcək.

 

Oruc MUSTAFAYEV

 



03.12.2020 | 14:47