UNEC tələbələri Qarabağ şəhidlərini fərqli tərzdə yad etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) Marketinq ixtisasının birinci kurs tələbələri distant dərs zamanı dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizi özlərinə məxsus tərzdə ehtiramla yad ediblər. Onlar dərsə Zoom hesablarındakı profil şəkillərini və adlarını şəhidlərin foto və adları ilə dəyişərək qatılıblar.

 

Universitetdən bildirilib ki, Dövlət Himni ilə başlanan dərsdə müəllim Bəsti Əliyeva və tələbələrdən Hacı Qafarov, Sadiq Dəmirli, Fidan Heydərova, Fatimə Qarayeva, Seymur Süleymanov şəhidlərlə bağlı fikirlərini bölüşüblər. Tələbələr bildiriblər ki, şəhidlərin xatirəsini hər zaman uca tutacaq, onların adlarını əməllərində yaşadacaqlar.

 

Tələbələrin bu addımı sosial mediada da böyük marağa səbəb olub.

 

 



04.12.2020 | 16:10