COVİD-19-a yoluxmuş şəxslərə maddi yardım ediləcək

Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) koronavirus infeksiyasına yoluxmuş müəllim, tələbə və əməkdaşlarına rəsmi tibbi arayış əsasında universitetin Həmkalar İttifaqının maliyyə imkanlarına uyğun olaraq 150 manata qədər birdəfəlik maddi yardım ödəniləcək.   

 

UNEC-dən  verilən məlumata görə, maddi yardım yalnız Həmkarlar İttifaqına üzv olan müəllim, əməkdaş və tələbələrə şamil edilir.

 

 



07.12.2020 | 16:17