Təhsil TV: "Məktəblinin Dostu" layihəsi çərçivəsində basketbol turniri

"Məktəblinin Dostu" layihəsi çərçivəsində 12 məktəbin iştirakı ilə keçirilən basketbol turniri yekunlaşıb. Turnir "Məktəblinin Dostu" layihəsinə daxil olan 12 məktəb: və 200 nömrəli məktəb-liseyin yuxarı sinif şagirdlərindən ibarət basketbol komandalarının iştirakı ilə həyata keçirilib.

Hər birində 3 komanda olmaqla 4 qrupun mübarizə apardığı turnirin qrup oyunlarına 16 may tarixində start verilib. Yarımfinal mərhələsində Bakı şəhəri 3 nömrəli tam orta məktəblə 47 nömrəli tam orta məktəb, 14 nömrəli tam orta məktəblə 45 nömrəli tam orta məktəbin komandaları qarşılaşıb.
Nəticədə, 45 və 47 nömrəli tam orta məktəblər final mərhələsinə vəsiqə qazanıb. Yekun tədbirdə final oyunu ilə yanaşı üçüncü yer uğrunda yarış da gerçəkləşdirilib.

Turnirin keçirilməsində əsas məqsəd məktəblilərin basketbol idman növünə marağını artırmaq, faydalı vərdişlərin aşılanmasını təbliğ etmək, eləcə də yeniyetmələrin sağlam böyüməsini və asudə vaxtını səmərəli keçirməsini təmin etməkdən ibarətdir.

Tədbir Bakı şəhəri 20 nömrəli məktəb-liseydə baş tutub. TədbirdəMəktəblinin dostu” layihəsinin rəsmi nümayəndələri, idman mütəxəssisləri, məktəb direktorları, eləcə də şagird və müəllim heyəti və çoxsaylı azərkeşlər iştirak edib.

Final oyunu Bakı şəhəri 45 nömrəli tam orta məktəbin qələbəsi ilə başa çatıb. Bakı şəhəri 47 nömrəli məktəb ikinci, 14 nömrəli tam orta məktəb üçüncü və 3 nömrəli tam orta məktəb dördüncü yerə çıxıb. Oyunun bütün iştirakçıları sertifikat və medalla mükafatlandırılıb. Qalib komanda isə kubokla təltif edilib.

 



05.06.2018 | 18:12