Mütəxəssisin adı “MDB-nin ən yaxşı gənc alimi-2020” siyahısında

Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova Qazaxıstanın Nursultan şəhərində keçirilən Beynəlxalq Tələbələr Birliyi və "Bobek" Assosiasıyası tərəfindən təşkil olunan Müstəqil Dövlətlər Birliyinin elm və təhsil müəssisələri arasında "MDB-nin Gənc Alimi - 2020" beynəlxalq layihənin iştirakçısı olub.

 

Layihənin nəticələrinə əsasən, A.Zeynalovanın təqdim etdiyi məqalə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və sertifikata layiq görülüb. Məqalə MDB ölkələrinin "Ən Yaxşı Gənc Alim-2020" II Beynəlxalq Kitab Nəşrində çap olunub.

 

Qeyd edək ki, A. Zeynalovanın elmi rəhbəri, professor Eldar Novruzov gənc alimə göstərdiyi dəstəyə görə təşəkkür məktubu ilə təltif edilib.

 



10.12.2020 | 14:16