İstanbul Universiteti-Cərrahpaşa ATU-ya dərs vəsaitləri hədiyyə edib

Son illər Azərbaycan Tibb Universitetinin (ATU) beynəlxalq əlaqələri sürətlə inkişaf etməkdədir. 

 

Ali məktəb dünyanın bir çox ölkələrinin aparıcı tibb universitetləri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalayıb. Bu universitetlər arasında Türkiyənin ali məktəbləri, o cümlədən İstanbul Universiteti-Cərrahpaşa xüsusi yer tutur.

 

ATU-dan verilən məlumata görə, İstanbul Universiteti-Cərrahpaşa rektoru, professor Nuri Aydın Qarabağ zəfəri münasibətilə Azərbaycan xalqına öz təbriklərini çatdırıb. Sıx əlaqələrin nəticəsində növbəti addım olaraq, ATU-da yeni açılmış Tibb bacısı ixtisası üçün Türkiyədə istifadə olunan dərs vəsaitlərini universitetə  hədiyyə edib. O bildirib ki, bu kitablar tələbələr üçün olduqca faydalı olacaq.



14.12.2020 | 10:22