Azərbaycanlı alimin məqaləsi “Web of Science” bazasında indekslənən jurnalda

Azərbaycan Milli Elmlər Akademiyası  Botanika İnstutunun şöbə müdiri, dosent Rəşad Səlimovun da həmmüəlifi olduğu və beynəlxalq ekspert qrupu ilə birlikdə hazırlanan məqaləsi “Web of Science” bazasında indekslənən və bitki sistematikası sahəsi üzrə Q1 kvartilinə daxil olan “Taxon” jurnalında dərc olunub.

 

Məqalə Yer üzərində yayılmış 400 mindən çox məlum borulu (vaskulyar) bitki və mamır növlərini ehtiva edən qlobal resurs bazası – Dünya Onlayn Florasına (World Flora Online - WFO) həsr olunub. https://doi.org/10.1002/tax.12373

 

Bütün dünyada 260 ildən çox davam edən botaniki, taksonomik və son zamanlarda filogenetik tədqiqatlar nəticəsində əldə olunan biliklərin sistemli təhlinin və ümumiləşdirməyin zərurəti meydan çıxdı. Bu baxımdan Bitki Mühafizəsi üzrə Qlobal Strategiyanın (Global Strategy for Plant Conservation - GSPC) 2011-ci ildə qəbul edilməsi Dünya Onlayn Florası (World Flora Online - WFO) Konsorsiumunun inkişafına əhəmiyyətli bir təkan verdi.

 

Konsorsiumun məqsədi, GSPC-nin 1-ci hədəfinə - bütün məlum bitki növlərinin elektron florasının hazırlanması istiqamətində ümümdünya botaniklər ictimaiyyətinin əlaqələndirilmiş fəaliyyətinə nail olmaqdır. Bu, hər hansı bir taksonomik qrupu, məsələn, sıra və ya fəsilə üzrə mütəxəssislər , taksonomik ekspert şəbəkələri (Taxonomic Expert Networks – TENs) tərəfindən tərtib edilən, idarə olunan, tənzimlənəcək və mütəmadi yenilənəcək dünyada ilk unikal və əhatəli bitki müxtəlifliyinə dair qlobal məlumat bazasıdır.



15.12.2020 | 14:29