AzMİU 4-cü dəfə UI Green Metric reytinq bazasına daxil olub

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il 4-cü dəfə “UI Green Metric World University” reytinq bazasına ekoloji cəhətdən dünyanın ən ekoloji universitetləri siyahısına daxil olub.

 

Ali məktəbdən bildirilib ki, UI Green Metric reytinqi İndoneziya Universiteti tərəfindən 2010-cu ildən nəşr olunur. AzMİU dünyanın  912 universiteti arasında 387-ci,  ölkə ali təhsil müəssisələri üzrə isə 1-ci yerdə qərarlaşıb.

         

Reytinqin altı əsas meyarları arasında istehlak və enerjiyə qənaət göstəriciləri, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsi qiymətləndirilir. Eyni zamanda reytinqdə təhsil və elmi fəaliyyət göstəriciləri də nəzərə alınır.

         

UI Green Metric World University Ranking ekologiya sahəsində yeganə beynəlxalq reytinqdir və onun məqsədi akademik cəmiyyətin diqqətini cəlb edərək ətraf mühit problemlərinin həllinə kömək göstərməkdir.

         

2020-ci il UI Green Metric-ın tam nəticələrini bu saytdan əldə etmək olar: http://greenmetric.ui.ac.id/detailranking2020/?univ=azmiu.edu.az

 

 



17.12.2020 | 14:17