Üçüncü nəsil universitetləri müzakirə ediləcək

Bu gün saat 20:00-da “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması Təhsil İdarəçiləri Assosiasiyası (TİA) ilə birlikdə “Üçüncü nəsil universitetləri” mövzusunda müzakirə aparacaq.

 

“T-NETWORK”dan bildirilib ki, müzakirədə “Amazon” şirkətində işləyən və dünyanın bir nömrəli ali təhsil müəssisəsi sayılan Massaçusets Texnologiya İnstitutunda magistratura təhsili alan Yaşar Əhmədli iştirak edəcək. Məqsəd üçüncü nəsil universitetlərin xüsusiyyətləri, perspektivləri haqqında fikir mübadiləsi aparmaq, beynəlxalq təcrübəni öyrənmək, ölkəmizdəki ali təhsil müəssisələrinin inkişafını dəstəkləməkdir.

 

“T-NETWORK”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun moderatorluğu ilə keçiriləcək müzakirə TİA-nın Facebook səhifəsindən canlı yayımlanacaq.

 

Azərtac



21.12.2020 | 15:15