Coğrafiyaçı alim beynəlxalq konfransda məruzə edib

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun  Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun təşkilatçılığı ilə Moskva şəhərində keçirilən “Məsafədən aerokosmik tədqiqatların müasir problemləri”  adlı beynəlxalq konfransda iştirak edib.

 

Sayca on səkkizinci Ümumrusiya beynəlxalq açıq  konfransını keçirməkdə əsas məqsəd potensial təhlükəli hadisələrin,  obyektlərin,  ətraf mühit  monitorinqinin fiziki əsasları, metod və texnologiyaları sahəsində əldə edilmiş təcrübi, nəzəri biliklərin müzakirəsi, mövzu  ətrafında fikir mübadiləsi aparmaq olub. 

 

Alim konfransda “Atmosfer proseslərini modelləşdirərək radioaktiv yağıntıların qiymətləndirilməsi imkanı” mövzusunda məruzə edib.

 



22.12.2020 | 10:32