"Virtual məktəb"lə bağlı dərslər "Dərs vaxtı"nda

Dekabrın 16-dan etibarən “Dərs vaxtı” proqramında “Virtual məktəb” dərslərinin yayımına start verilib.

 

Hər həftənin çərşənbə günü efirə gedən dərslərdə "Virtual məktəb"lə bağlı ən çox verilən suallar cavablandırılır və platformadan səmərəli istifadə ilə bağlı təlimatlar təqdim olunur.

 

Sözügedən dərslərin efir vaxtı ilə “Dərs vaxtı” proqramının gündəlik cədvəlində tanış ola bilərsiniz.

 

 



22.12.2020 | 12:00