İKT-nin şagirdlərin bilik qabiliyyətlərinə təsiri

Sivilizasiyanın müasir mərhələsində biz elmin, texnikanın, xüsusilə də texnologiyaların sürətli inkişafının şahidiyik. Müasir insan üçün, bu sürətlə dəyişən şəraitə uyğunlaşmaq məqsədilə özünü inkişaf etdirməyə və öz yaradıcı qabiliyyətini həyata keçirməyə hazır olmaq lazımdır.

 

Bu gün bütün dünyada yaşanan pandemiya böhranı milli təhsil sistemləri qarşısında ciddi tələblər qoyub. Bu tələblərdən biri  tədrisdə müxtəlif İKT təlim texnologiyalarından istifadənin qaçılmazlığıdır. İndiki mərhələdə təhsilin fasiləsizliyinin təmin olunmasında uğurla tətbiq olunan virtual, distant təlim İKT-nin təhsildə geniş imkanları ilə səciyyələnir. 

 

Məlumdur ki, təhsilin modernləşdirilməsi cəmiyyətin fəal köməyi ilə həyata keçirilən ümummilli vəzifədir.  Məhz bu, təhsildə keyfiyyətə nail olmağa səbəb olacaq. Müasir informatikanın metod və vasitələrinin inkişafı və mükəmməlliyi təhsil və elm mühitinə daxil olmağa imkan verir.

 

Artan informasiya axını, reklam, kompüter texnologiyalarının tətbiqi şagirdlərin idrak qabiliyyətinə və onların  tərbiyəsinə böyük təsir göstərir. Onlar ətraf aləmi yeni bir şəkildə qəbul edirlər. Bu işdə şagirdlərə bilikləri müstəqil şəkildə ömrürboyu öyrənmək istəkləri kömək edir.

 

Bu işdə onların əsas köməkçiləri  idraki fəaliyyət və maraq, yəni, yeni biliklər əldə etmək arzusudur. Təhsilalanların əməksevərliyi də eyni dərəcədə vacibdir. Məhz hər kəs özünə lazım olan məlumatı tapmağı və ondan düzgün , lazımi məqsədlər üçün istifadə etməyi bacarmalıdır.

 

Bu isə təhsil prosesinin effektivliyinin yüksək əyanilik dərəcəsi hesabına artmasına, əyani-obrazlı təfəkkürün, şüurun, özünüinkişafın və şagirdlərin fəallığının inkişafına gətirib çıxarır.

 

Müasir təhsildə İKT-nin istifadəsinin əhəmiyyəti

 

Təhsil sistemində informatika və informasiya-kommunikasiya texnologiyalarının öyrənilməsi aşağıdakı məqsədlərə nail olmağa yönəlib:

  • - təhsil sisteminin davamlı inkişaf mexanizminin yaradılması, yəni, təhsilin yeni müasir keyfiyyətinə nail olmaq,
  • - kompüter savadlılığının formalaşdırılması,
  • - tədris fəaliyyətində və gündəlik həyatda informasiya ilə işləmək üçün kompüter texnikasından istifadə bacarıqlarını öyrənmək,
  • - maariflənməyə marağın artırılması,  texniki təlim vasitələrinə diqqətli  yanaşmanı tərbiyə etmək,
  • - tədqiqat və praktik bacarıqların formalaşdırılması,
  • - dünyagörüşün, maraqlılığın, davamlı diqqətin, yaddaşın, şüurun formalaşması.

 

Proqram vasitələrindən istifadə edərək tədris məlumatlarını müxtəlif formalarda ekranda təqdim etmək olar:

 

  • - Biliklərin mənimsənilməsi, bacarıq və səriştələrin  əldə edilməsi proseslərinə təşəbbüs etmək,
  • - Təlimin nəticələrinə mütəmadi nəzarəti həyata keçirmək,
  • - Müəyyən düşüncə növlərini formalaşdırmaq və müəyyənləşdirmək,
  • - Şagirdlərin bilik və tədris fəaliyyətlərini aktivləşdirmək.
  •   Didaktik prinsiplər baxımından  proqram vəsaitlərindən istifadə etməklə səmərəli həyata keçirilən ən mühüm metodiki istiqamətlər:
  • - təlim prosesinin fərqləndirilməsi (məsələn, müxtəlif mürəkkəb dərəcəli istiqamətlər üzrə əldə edilmiş məqsədə mərhələli irəliləmə),
  • - təlim motivasiyasının gücləndirilməsi,
  • - şagirdin tədris materialını  öyrənməsi strategiyası,
  • - eksperiment şəraitində öyrənilən proseslərin və ya hadisələrin modelləşdirilməsi və imitasiyası,  laboratoriya işlərinin aparılması (məsələn, kimya, fizika),
  • - şagirdin və müəllimin təhsil fəaliyyətinin informasiya mədəniyyətinin formalaşdırılması (məsələn, elektron cədvəllərdən istifadə etməklə).

 

Bu gün təhsilin bütün mərhələlərində informasiya təsirlərinin gücünə görə aparıcı yer multimedia vasitələrinə ayrılır.  Bu, informasiya texnologiyalarının ən müasir növüdür, multimedia adını almışdır ki, bu da müxtəlif informasiyaların sintezi deməkdir.

 

Təhsildə aşağıdakı multimedia növləri ən çox maraq doğurur:

 

  • * elektron dərsliklər
  • * elektron ensiklopediyalar
  • *  multimedia kitabları, sənədlər
  • *  fotoalbomlar və s.

 

Beləliklə, İKT-nin dərslərdə istifadəsi şagirdlərin idrak imkanlarının inkişafına kömək edir ki, bu dərslərdə onlar böyük həvəslə və fəallıqla iştirak edirlər. Bundan əlavə, onlar tədris materialını dərk edir və uzun müddət mənimsəyirlər. İKT-dən istifadə nəticəsində şagirdlərdə şəxsiyyətin müstəqillik, məsuliyyət,öhdəlik, dəqiqlik, nizam-intizam, dünyagörüş, dinləmək və lazımi qərar qəbul etmək bacarığı kimi keyfiyyətləri inkişaf edir. Həmçinin idarəetmə texnikasından istifadə, informasiya axtarışı və yeni biliklər inkişaf edir. Hər gün tələbələr kompüter texnologiyasında yeni və təzə biliklər axtarırlar. İKT təbiətdə, cəmiyyətdə, inkişafda,fəaliyyətdə keçən hər hansı bir prosesi göstərməyə imkan verir.

 

Beləliklə, İKT yalnız tələbələrin biliklərinin mənimsənilməsinə deyil, həm də özünü inkişaf etdirməyə, yaradıcı və zehni inkişafa kömək edir.

 

Rəna RZAYEVA,

ADPU nəzdində ADPK-nin kimya-biologiya müəllimi



25.12.2020 | 16:34