"Qarabağ Azərbaycandır!" onlayn əl işləri müsabiqəsinə yekun vurulub

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 15 noyabr-10 dekabr tarixlərində keçirilən “Qarabağ Azərbaycandır!” adlı onlayn əl işləri müsabiqəsinə yekun vurulub.

 

Müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, ordumuzun şanlı qələbəsini, tarixi abidələrimizi, qəhrəmanların döyüşçü ruhunu təcəssüm etdirən əl işləri yaratmaqla onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarət olub.

 

3 yaş qrupu (6-9 yaş,10-13 yaş,14-17 yaş) üzrə 2 mərhələdə keçirilən müsabiqədə iştirak edən Mərkəzin 50-ə yaxın dərnək üzvü hazırladıqları əl işlərinin videogörüntülərini müsabiqənin Təşkilat komitəsinə təqdim edib. Münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə I, II, III yerlərin qalibləri müəyyən olunub. Qaliblər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif edilib.

 

 



26.12.2020 | 09:47