Oksford Universitetinin hazırladığı peyvənd yanvar ayından tətbiq ediləcək

Böyük Britaniyanın Oksford Universiteti və əczaçılıq şirkəti “AstraZeneca”nın hazırladığı COVID-19 peyvəndi 2021-ci il yanvarın 4-dən tətbiq ediləcək.

 

Britaniya hökuməti peyvəndin yaxın iki həftə ərzində insanlara vurulacağını açıqlayıb. Peyvəndlənmə prosesi könüllülük prinsipi əsasında həyata keçiriləcək.

 

Qeyd edək ki, sentyabr ayında Oksford Universiteti və “AstraZeneca” əczaçılıq şirkəti tərəfindən birgə hazırlanan peyvənd sınaqları son mərhələdə mənfi reaksiya verdiyi üçün dayandırılmışdı, lakin sonradan aparılan araşdırmalar zamanı problem aradan qaldırılıb.

 

AZƏRTAC

 

 



28.12.2020 | 09:48