ADPU-da "Könüllülər ilinin yekunu"

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi ilə 2020-ci ildə universitetin ictimai həyatında xüsusi fərqlənən tələbələrin "Könüllülər ilinin yekunu"  adlı görüşü keçirilib.

 

Microsoft Teams platforması üzərindən gerçəkləşən görüşdə sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, strateji inkişaf üzrə rektor müşaviri Ümid Mehdiyev və 300-ə yaxın fəal tələbə iştirak edib.

 

ADPU rəhbərliyi tələbələrin 2020-ci ildəki mürəkkəb vəziyyətdə tədris və ictimai fəaliyyətini dəyərləndirib, onların problemlərini dinləyib və həlli yollarını müzakirə edib.

 

Görüşdə pandemiya və Vətən müharibəsi dövründə ADPU-nun ictimai təşkilatlarının aktiv fəaliyyəti xüsusi qeyd edilib, distant tədrisin təşkili və qarşıdakı imtahan sessiyası ilə bağlı tələbələrə tövsiyələr verilib. Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.

 

Sonda ictimai fəaliyyətdə müxtəlif sahələr üzrə xüsusi fərqlənən tələbələrin onlayn mükafatlandırılması keçirilib. Tələbələrdən Asim İbrahimov, Nazilə Abdullayeva,Tərlan Ağayev, Nurcan Şükürlü, Aygün Heydərova, İlhamə Seyfullayeva, İsmayıl Nəsirov, Aytən Əkbərova, Esmira Musalı, Samir Cəfərov, Taleh Mirzəyev, Sultanə Cəfərzadə, Səkinəxanım Mirzəzadə, Münəvvər Məmmədzadə, Aydan Ahəngari və Səma Hacıyeva   "İlin tələbəsi"  adı ilə, il ərzindəki fəaliyyətində fərqlənən digər  42 tələbə isə Fəxri fərmanla təltif edilib.

 



28.12.2020 | 16:36