NDU-nun tələbəsi “İlin gənc rəssamı” seçilib

Naxçıvan Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə təşkil olunan mükafatlandırma mərasimində muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənənlər mükafatlandırılıb. 

 

Naxçıvan Dövlət Universitetinin (NDU) tələbəsi Fərqanə Seyidova da “İlin gənc rəssamı” nominasiyası üzrə təltif olunub.

 

Qeyd edək ki, ötən həftə “Qarabağ Azərbaycandır” rəsm müsabiqəsində II yeri qazanan F.Seyidova Gənc Rəssamlar Birliyinin və  NDU-nun İncəsənət fakültəsi Gənc rəssamlar klubunun üzvüdür. O, universitetdə keçirilən bütün sərgilərdə iştirak edir və uğurları ilə hər zaman seçilir. Müxtəlif adda fəxri fərman və diplomlara layiq görülən tələbəyə yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 



30.12.2020 | 11:13