BANM-in daha 2 tələbəsi akademik Xoşbəxt Yusifzadə adına təqaüdə layiq görülüb

Bakı Ali Neft Məktəbinin (BANM) daha iki tələbəsi SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə adına təqaüdə layiq görülüb.

 

2019/2020-ci tədris ilinin yekun göstəricilərinə əsasən, ortalama balı ən yüksək olan və təhsil aldıqları müddət ərzində həm bacarıq və davranışları, həm də sosial-ictimai fəaliyyətləri ilə nümunəvi tələbə kimi tanınan BANM-in Neft-qaz mühəndisliyi ixtisasının 5-ci kurs tələbələri Aytac İsgəndərova və Türkan Əliyeva akademik Xoşbəxt Yusifzadə adına təsis edilmiş tələbə təqaüdünü qazanıblar.

 

Təqaüd 2020-ci ilin dekabr ayından etibarən hesablanacaq.

 

Qeyd edək ki, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə əlaqədar olaraq BANM tərəfindən bu təqaüd təsis edilib. Belə ki, hər il BANM-in iki nümunəvi 4-cü və 5-ci kurs tələbələri bu təqaüddən yararlanmaq imkanına malikdirlər. İlk dəfə sözügedən təqaüdə ötən il Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Nihad Abbasov və Nadir Namazov layiq görülüb. 

 

 

 



30.12.2020 | 12:00