“Fransada təqaüd imkanları”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Fransada təqaüd imkanları” mövzusunda onlayn seminar keçirilib.

        

Seminarda Fransa səfirliyinin universitet və elmi işlər üzrə attaşesi və “Campus France Azərbaycan”ın məsul nümayəndəsi Xanım Klemans Felipo (Clemence Phelippeau) tərəfindən Fransada ali təhsili davam etdirmək üçün beynəlxalq tələbələrə ünvanlanan təqaüd imkanları haqqında geniş məlumat verilib.  Seminar Fransada əcnəbi gənclər üçün mövcud olan fərqli təqaüd proqramları və onlara müraciət qayadaları  (Eiffel, IDEX, BGF, Erasmus Mundus və s.), həmçinin ixtisas kataloqları, universitet seçimi meyarları, Fransada həyat və bu kimi çoxsaylı mövzuları əhatə edib.

          

Fransada təqaüd imkanları ilə yanaşı, xanım Klemans iştirakçılara CV və motivasiya məktubu yazmaq qaydaları ilə bağlı məlumat verib.  

 

Təqdimatın sonunda xanım Klemans tələbələrin Fransada ali təhsil imkanları və təqaüdlər haqqında suallarını cavablandırıb. Suallar əsasən DELF, TCF kimi beynəlxalq FLE (Fransız dili xarici dil) sertifikatlarını, eyni zamanda Fransada yaşayış şərtlərini, viza müraciətlərini və s. kimi mövzuları əhatə edib.

 

 



30.12.2020 | 13:22