UNEC-in gənc müəlliminin “Avropa İttifaqında Sahibkarlığın Elektron Tədrisi” mövzusunda təqdimatı

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək layihəsi” çərçivəsində “Avropa İttifaqının Təcrübəsi Əsasında Sahibkarlığın Elektron Tədrisi” (EU Best Practices in Entrepreneurship E-learning) mövzusunda vebinar keçirilib.

 

Layihədə elektron tədris üzrə ekspert kimi fəaliyyət göstərən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimi Turan Süleymanov “Avropa İttifaqında Sahibkarlığın Elektron Tədrisi” mövzusunda təqdimatla çıxış edib. Təqdimdat zamanı Aİ-də sahibkarlıq ekosistemində elektron təhsil konsepsiyası və onun rolu, elektron təhsilin sahibkarların və KOB-ların fəaliyyətinə təsiri, Aİ-də elektron təhsilin xarakteristikası (siyasəti, tətbiq istiqamətləri, təsirləri və s.), elektron təhsilin infrastrukturu və sertifikatlaşdırma sxemləri haqqında geniş məlumat verilib.

 

2019-2021-ci illəri əhatə edən layihənin məqsədi Azərbaycanın iqtisadi rayonlarında biznesin inkişafına və məşğulluğun artırılmasına dəstək göstərməkdir.

 

 



30.12.2020 | 14:37