“Gələcəyin mühəndisi -1” olimpiadası qaliblərinin mükafatları təqdim olunub

Azərbaycan Texniki Universitetində (AzTU) ötən il mayın 31-də keçirilən  “Gələcəyin mühəndisi -1” onlayn olimpiadasının qaliblərinin mükafatları təqdim olunub.

 

Universitetdən bildirilib ki, pandemiya şəraitində dəfələrlə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq bölgələrdən olan iştirakçıların hədiyyələri müvafiq vaxtlarda ali məktəbin məsul şəxsləri vasitəsilə onlara çatdırılıb.

 

Qeyd edək ki, olimpiadada Bakıdan və Azərbaycanın digər bölgələrindən I ixtisas qrupu üzrə ali məktəbə hazırlaşan 185 nəfər XI sinif şagirdi iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, birinci yerə bir, ikinci yerə iki, üçüncü yerə üç, dördüncü yerə dörd, həvəsləndirici yerə isə iki şagird layiq görülüb.

 

 



05.01.2021 | 16:14