"Математика" fənni üzrə yeni dərsliyin fərqli cəhətləri – video

2020-2021-ci tədris ilindən istifadəyə verilən I sinif "Математика” fənni üzrə dərslik yeni nəsil dərsliklər sırasındadır.

 

Rus bölməsi üzrə I siniflərdə istifadəyə verilən dərslik komplektinin hazırlanma prosesində dünyada qəbul edilmiş riyaziyyat üzrə müasir təhsil metodları, eləcə də TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədləri və nəticələri nəzərə alınıb.

 

Təhsil İnstitutu tərəfindən hazırlanmış və bütünlüklə müasir standartlara cavab verən yeni dərsliyin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videonu təqdim edirik.

 

 



07.01.2021 | 18:26