“Vətən müharibəsi BDU tələbələrinin gözü ilə”

Bakı Dövlət Universiteti (BDU)  Azərbaycan torpaqlarının erməni işğalından azad olunması ilə əlaqədar “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” adlı onlayn rəsm müsabiqəsi keçirir.  

 

Müsabiqəyə iştirakçı tələbələrdən parlaq zəfərimizi, uzun illər həsrətində olduğumuz əzəli Vətən torpağının səfalı təbiətini, rəşadətli ordumuzun şanlı Qələbəsini, əsgərlərimizin döyüş ruhunu əks etdirən əsərlər qəbul olunur.

 

Universitetdən bildirilib ki, müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilər və iştirakçılara rəsmlərin işlənmə texnikasında tam sərbəstlik verilir.

 

Müəlliflər rəsmləri (skan olunmuş formada) tələbə vəsiqəsinin surəti ilə birlikdə 2021-ci il yanvar ayının 15-dək [email protected] ünvanına göndərilməlidir.

 

Təqdim olunmuş rəsmlər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək, qaliblər diplom və pul mükafatı ilə təltif ediləcək.

 

Universitet birinci yer  üçün 300, ikinci yer üçün 250, üçüncü yer üçünsə 200 manat müəyyənləşdirib.

 

Qalib elan ediləcək rəsmlər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaq.

 

 



08.01.2021 | 13:56