MDU imtahan sessiyasına hazırlığı yekunlaşdırıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq prosesi başa çatdırılıb.

 

Universitetdən bildirilib ki, imtahan sessiyası 11 yanvar-6 fevral 2021-ci il tarixlərində Microsoft Teams platforması üzərindən təşkil ediləcək. Tələbələrin aralıq qiymətləndirilməsi hər biri 10 bal olmaqla 5 suala verilən cavab əsasında şifahi imtahan yolu ilə həyata keçiriləcək.

 

Cari imtahan sessiyasında baş tutacaq 900-ə yaxın imtahanda 2600-dən çox tələbə və magistrantın iştirakı gözlənilir. Sessiya ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi yekunlaşıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları və həmin sualların qısaldılmış cavabları elektron formada tələbələrə çatdırılıb.

 

İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə İmtahan qərargahı, İmtahanlara dəstək qrupu, Texniki dəstək qrupu və Apelyasiya Komissiyası yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti də təmin ediləcək.

 



10.01.2021 | 12:10