Bakı Ali Neft Məktəbindən “YAŞAT” Fonduna 20 min 697 manat ianə

Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları ötən ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10%-ni “YAŞAT” Fonduna köçürüb.

 

Ali məktəbdən bildirilib ki, ümumilikdə 20 min 697 manat məbləğində vəsait Fonda ianə edilib.

 

Xatırladaq ki, BANM-in əməkdaşları ötən ilin oktyabr ayında işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna da  aylıq vəzifə maaşlarından ianə ediblər.

 

Qeyd edək ki, “YAŞAT” Fondu Prezident İlham Əliyevin Fərmanına əsasən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılıb.  



12.01.2021 | 13:13