İki universitet "Dspace - rəqəmsal kitabxana və elektron sənəd arxivi" mövzusunda müzakirə aparıb

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı və ADA Universiteti Kitabxanasının iştirakı ilə "Dspace - rəqəmsal kitabxana və elektron sənəd arxivi" mövzusunda tədbir keçirilib.

 

Tədbir Microsoft Teams platforması üzərindən baş tutub.

 

BDU-dan bildirilib ki, tədbirdə universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov ali məktəbdə elmi fəaliyyətin təşkilində və təhlilində rəqəmsal informasiya sisteminin yaradılmasının vacibliyindən danışıb. O qeyd edib ki, bu məsələ BDU-nun daim  diqqət mərkəzindədir.

 

Elmi Kitabxananın direktoru Nigar İsmayılova BDU-nun Elmi Kitabxanasında bu məqsəd üçün xüsusi sektor da yaradıldığına diqqət çəkib. Universitetdə rəqəmsal kitabxana və elektron sənəd arxivlərinin yaradılmasında, rəqəmsal kontentin uzunmüddətli qorunub saxlanılmasında və əlçatanlığının təmin edilməsində mövcud olan proqram məhsulları ilə müqayisədə Dspace-in daha geniş tətbiq olunduğunu vurğulayıb.

 

ADA Universiteti Kitabxanasının direktoru Elçin Məmmədov ölkəmizdə Dspace proqram təminatını tətbiq edən təhsil müəssisələrinin, xüsusilə də təmsil etdiyi universitetin bu sahədəki təcrübəsini bölüşüb.

 

ADA-nın əməkdaşı İltifat İbrahimov isə sistemin texniki imkanları haqqında geniş məlumat verib.

 

Sonda iştirakçıların sualları cavablandırılıb, İT mərkəzinin əməkdaşları texniki məsələləri müzakirə edib.

 

 



14.01.2021 | 14:55