Türkiyədə məktəblərin açılması müzakirə olunur

Türkiyədə orta məktəblərin mərhələli şəkildə açılması planlaşdırılır. Ölkənin Təhsil naziri Ziya Selçuk bildirib ki, bu, fevralın 15-dən etibarən baş verə bilər.  İlkin mərhələdə təhsil müəssisələrinin iki dərs günündən bir fasilə verməsi və ya bəlli siniflər səviyyəsində mərhələli şəkildə fəaliyyət göstərməsi şərti ilə açılması nəzərdə tutulur. Ziya Selçuk son qərarı Səhiyyə Nazirliyi, Elmi Şura və Prezidentin rəhbərliyi altında fəaliyyət göstərən Nazirlər Kabinetinin verəcəyini qeyd edib. 

 

Bu barədə Türkiyə mediası məlumat verib.

 

 



18.01.2021 | 13:30