Botanika İnstitutunun mikoloqları avropalı həmkarları ilə birgə vebinarda

Botanika İnstitutunun mikologiya laboratoriyasının müdiri D.N.Ağayeva, gənc tədqiqatçılardan L.Abasova və E. İsgəndərli Avropa şabalıd bitkisi üzrə şəbəkə layihəsi (EUROCASTANEA – European Chestnut Network) çərçivəsində keçirilən vebinarda iştirak ediblər.

 

Vebinar şabalıd meyvəsində çürümə törədən invaziv endofit Gnomoniopsis castaneae  göbələyi, onun diaqnostikası,  yayılması, göbələyə qarşı bioloji və kimyəvi mübarizə yolları, latent infeksiyaların idarə edilməsi məsələlərinin  müzakirəsinə həsr edilib.

 

Tədbirdə Avropanın bir sıra ölkələrindən mikoloqlar bu sahədəki ən son aparılan tədqiqatlar barədə məruzə ediblər. Çıxışlardan sonra iştirakçıların sualları əsasında ümumiləşdirilmiş geniş müzakirə aparılıb.

 

İnstitutdan bildirilib ki, törədicinin sürətlə yayılması nəzərə alınarsa, bu patogen respublikada təbii şabalıdlıqlar və şabalıd əkinləri üçün yeni ciddi qəbul ediləcək təhlükə ola bilər.

 



18.01.2021 | 17:11