ADNSU ilə Hindistanın Mühəndislik və Texnologiya İnstitutu arasında memorandum

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Hindistanın  Mühəndislik və Texnologiya İnstitutu (KPR İnstitute of Engineering and Technology) arasında onlayın formatda memorandum imzalanıb.

 

Hər iki ölkənin təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı üçün nəzərdə tutulan sənədi ADNSU-nun rektoru, professor Mustafa Babanlı və Hindistanın  Mühəndislik və Texnologiya İnstitutunun rektoru, dr.M.Akila imzalayıb.

 

Professor M.Babanlı təhsil sahəsində qabaqcıl universitetlərlə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

 

ADNSU-nun fəaliyyəti ilə daha yaxından tanış olan Dr.M.Akila öz növbəsində  qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

 

Qeyd edək ki, əməkdaşlıq memorandumunda texniki təhsilin və elmin bütün pillələri üzrə müddəalar öz əksini tapıb.

 

Məlumat ADNSU-dan verilib.



20.01.2021 | 13:40